AVRO-2020-də 4 oyun keçirdi, Bakı klubuna gəldi

11 Yanvar 2020 10:38 Zirə 1 716
AVRO-2020-də 4 oyun keçirdi, Bakı klubuna gəldi

"Arsenal"ının yetirməsi Ali Sisayi Antalyadakı düşərgəsinə gətirən “Zirə” baxışa başqa bir legioner də dəvət edib.

Sportinfo.az xəbər verir ki, o, Artyom Rozqonyukdur. 24 yaşlı moldovalı universaldır. Həm müdafiəçi, həm də dayaq yarımmüdafiəçisi kimi Zaur həşimovun işinə yarayır. “Şerif”in yetirməsinin karyerası daha çox digər klublarda icarədə keçib.

O, ölkəsində “Petrokub”, “Sperantsa” və “Sfintul Qeorqe”dəki çıxışı ilə diqqət çəkib. 2017-ci ildən Moldova millisinə çağırılan Rozqonyuk 11 oyun keçirib. O, AVRO-2020-nin seçmə mərhələsində 4 matçın iştirakçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!