Azərbaycan klubu sabiq legionerini 6 il sonra yenidən “rənglərinə bağladı”

1 Mart 2024 17:20 Zirə 1 239
Azərbaycan klubu sabiq legionerini 6 il sonra yenidən “rənglərinə bağladı”

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.

Qəsəbə klubu Sportinfo.az-ın 3 gün öncə yaydığı xəbəri az öncə rəsmən ictimaiyyətə duyurub.

32 yaşlı legionerlə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edəcək.

Yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq hüququ da "Zirə"yə məxsusdur.

2016/2017 mövsümündə "Zirə"nin şərəfini qoruyan paraqvaylı Azərbaycanda həmçinin “Şamaxı”, “Neftçi”, İtaliyada “Çezena”, “Pavia”, İspaniyada “Alaves”, Rumıniyada “Unversitad Krayova", Səudiyyə Ərəbistanında “Ohod” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu