“Zirə”nin Türkiyədəki qış təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Antalya hazırlığı zamanı Ukraynadan "Oleksandriya” ilə qarşılaşacaq.
Bu barədə Ukrayna Premyer Liqa təsmilçisinin rəsmi sayı məlumat yayıb. Oyun yanvarın 16-da keçiriləcək.
“Zirə” Antalya toplanışında daha bir yoxlama matçı keçirəcək ki, hələlik rəqib və oyunun tarixi ilə bağlı məlumat verilməyib.
Yanvarın 3-də Bakıda bir araya gələn “Zirə” ayın 10-dək paytaxtda hazırlıq keçəcək.

