Rəşad Sadıqovu 2025-də yandırıb-yaxan nə oldu? - VİDEO

4 Yanvar 21:40 Zirə 244
Rəşad Sadıqovu 2025-də yandırıb-yaxan nə oldu? - VİDEO

Premyer Liqada 16 turdan sonra “Qarabağ”dan 8 xal geri qalan ən yaxn izləyici “Zirə”dir.

Bu mövsüm ilk məğlubiyyəti 8-ci turda “Sabah”dan alan Rəşad Sadıqovun komandası növbəti 6 oyunda uduzmadan irəliləyib və 15-ci turda .Şamaxı səfərində xalsız qalıb.

Cəmi 2 dəfə uduzmasına baxmayaraq, “Zirə”nin məşqçilərini yandırıb-yaxan xal itkilıəri çox olub. 16 tur ərzində “Neftçi”dən sonra ən çox heç-heçə edən komandadır “Zirə” - 7 dəfə.

“Qarabağ”la hər iki oyunda, “Neftçi” və “Araz-Naxçıvan”la matçlarda hesabı açan tərəf olsalar da, qələbəni qoruya bilməyiblər.

Baxmayaraq ki, müdafiədə çempionatımızın ən yaxşılardan olan Ruan Renato kimi legioenr oynayır.

“Zirə”yə çalışdığı 5 ildə 1 bürünc, 2 gümüş medal qazandıran Rəşad Sadıqov indi 1 aylıq fasilədə komandadakı boşluq və nöqsanları həll edə bilməsə, bu yay Avropa onlar üçün əlçatmaz olacaq.

Çünki 3 rəqib “qartallar”ı nəfəs dərmədən təqib edir.

İlkin Fikrətoğlu

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 08:00 Yollar buz bağlayacaq