“Həmişə Qurban Qubanovla bu zarafatı edirəm, deyirəm ki...” - VİDEO

19:00 Zirə 171
“Həmişə Qurban Qubanovla bu zarafatı edirəm, deyirəm ki...” - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov özünün U-21-ə, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun iəsas milliyə baş məşqçi təyinatı və gözlənilmədən vəzifəsindən göndərilməsi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, İTV-nin “Off TOP” layihəsinə müsahibəsində bildirib ki, ovaxtkı AFFA rəhbərliyinin təklifini qəbul etdiyi üçün peşman deyil:

"Peşmanlıq yoxdur. Çünki danışıqlar elə formada getdi ki, bu gün də hansısa vəzifəyə o cür təklif olsa, "yox" deyə bilməzsən.

İndi bütün söhbətlərə varmaq istəmirəm. Qurban müəllimin təyinatından sonra mən U-21-də işləməyə razılıq vermirdim.

Dəfələrlə görüşlər oldu, bildirdilər ki, mütləq lazımdır, buna ehtiyac var. Bir ilin içində çəkdiyimiz əziyyətlər...

Qərar gözlənilməz oldu. Həmişə Qurban müəllimlə bununla bağlı zarafat edirəm.

Deyirəm ki, yeganə adamsan ki, milli komandanın baş məşqçisi kimi bir məğlubiyyətlə vəzifəndən getmisən".

Digər Xəbərlər
Xəbər Lenti