Vətənini yox, Dubayı seçdi, səbəbini bizə dedi

26 Dekabr 23:00 Zirə 148
Vətənini yox, Dubayı seçdi, səbəbini bizə dedi

Premyer Liqada yaranmış fasilə məşqçi və futbolçuların ürəyinə yağ kimi yayılıb.

İyuldan bu yana ağır qrafikdə məşq edən, oyunlara çıxan futbolçular üçün əla fürsətdir.

Ailələri, övladları və doğmaları ilə zaman keçirmək şansı onların əlinə ildə iki dəfə düşür ki, belə fürsəti boşa vermək istəmirlər.

Futolçuların ən sevdiyi istirahət növü turistlərin çoxluq təşkil etdiyi ölkələrə səfər edib, orada dincəlmək, ailələri ilə xoş vaxt keçirməkdir.

“Zirə”nin legioneri Brahim Konate Yeni il bayramı ilə bağlı planını çoxdan qurub.

29 yaşlı fransalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında doğulub, boya-başa çatdığı Fransaya getməyəcəyini deyib.

Konate həyat yoldaşı və övladları ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istirahət edəcəyini, təxminən 10 gün burada qalacağını bildirib.

Məlum seçimi etməsinə səbəb Dubayda əyləncə mərkəzlərinin çoxluğu və hava şəraitinin digər ölkələrlə müqayisədə isti olmasına görədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?