"Zirə"li Afrika Millətlər Kubokunda üzüntü yaşadı - VİDEO

26 Dekabr 2025 02:00 Zirə 753
"Zirə"li Afrika Millətlər Kubokunda üzüntü yaşadı - VİDEO

“Zirə”nin legioneri Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 1-ci tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Fil Dişi Sahili ilə qarşılaşıb.

Görüşdə Fil dişi Sahili 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 79-cu dəqiqədə Amad Diallo vurub.

Rikardo Martines də bu matçda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Mozambik növbəti oyunlarda Qabonla (28 dekabr) və Kamerunla (31 dekabr) qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA