Azərbaycan çempionatında UTANDIRICI OYUN - 22:0, Bənövşə 8 qol vurdu

23 Dekabr 23:20 Qadın futbolu 176
Azərbaycan çempionatında UTANDIRICI OYUN - 22:0, Bənövşə 8 qol vurdu

AFFA Yüksək Qızlar Liqasında 10-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, tur çərçivəsində “Sumqayıt” FK “SOCAR Polymer Arena”nın ehtiyat meydançasında Gəncədən “Ümid” ilə qarşılaşıb və 22:0 hesablı qələbə qazanıb.

Qarşılaşmada “Sumqayıt”ın heyətində Bənövşə Əsədzadə səkkiz dəfə fərqlənib. Lamiyə Əlizadə, Aybəniz Əsgərzadə, Müjgan Seyidova və Nailə Əliyeva hərəyə üç qol vurublar.

Digər qolları isə Leyla Həsənova və Ləman Mustafazadə öz adlarına yazdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1