Türkiyəyə gedəcək daha bir komanda məlum oldu - PLANLAR

23 Dekabr 23:00 Zirə 330
Türkiyəyə gedəcək daha bir komanda məlum oldu - PLANLAR

“İmişli” ilə oyundan sonra istirahətə çəkilən “Zirə”nin qış hazırlıq planı məlum olub.

Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov təlim-məşq toplanışı iki hissəyə bölüb.

Birincisi Bakıda baş tutacaq. Yanvarın 2-də Bakıda bir araya gələcək komanda üzvləri ayın 9-na qədər paytaxtda məşq edəcək.

Yanvarın 10-da isə Antalyaya yola düşəcək.

8 günü əhatə edəcək Türkiyə toplanışında iki yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Lakin baş məşqçinin istəyinə uyğun olaraq say 3 ola bilər. Hazırda bu yöndə rəqib komandalarla danışıqlar davam edir.

“Zirə” ötel ənənəsinə sadiq qalıb. Hər il olduğu kimi, kollektiv bu dəfə də Kundu bölgəsindəki “IC Green Palace” mehmanxanda məskunlaşacaq.

Avrokuboklara vəsiqə iddiaçısı qış fasiləsindən sonrakı ilk turda “Neftçi” ilə qarşılaşacaq. Oyun yanvarın 23-də baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1