“Neftçi”nin sabiq ılegioneri Gilyerme Pato növbəti dəfə komandasını dəyişib.
Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, hücumçu 24 yaşında 8-ci klubu ilə müqavilə imzalayıb.
Pato karyerasını ölkəsi Braziliyada davam etdirəcək. O, “Atletiko Mineyro”dan B Seriyasının digər təmsilçisi CRB-yə keçib. Bununla CRB Patonun 7-ci komandası olub.
Futbolçu ölkəsindən kənarda yalnız “Neftçi”nin formasını geyinib. Braziliyanın gənclər millisinin sabiq üzvü 2022-ci ildə Bakı klubunda çıxış edib.

