AFFA-dan da milli komandanın hücumçusu Nəriman Axundzadəyə dəstək gəlib.
Belə ki, "Milli Komanda" səhifəsi forvardın dünya çempionatının seçmə mərhələsində Ukrayna yığmasına səfərdə vurduğu qolu paylaşıb.
Xatırladaq ki, 21 yaşlı oyunçu "Qarabağ"ın "Ayaks"a məğlubiyyətindən sonra tənqidlərə məruz qalıb.
Hətta bəziləri həddini aşaraq gənc oyunçunu təhqir etməkdən belə çəkinməyib.
Ardınca "Qarabağ"ın oyunçusuna bir sıra formada dəstək paylaşımları gəlib.
Bu da onlardan biridir.
XANOĞLAN / SPORTİNFO.AZ

