Bütün oyunları uduzan yığmanın baş məşqçisi: "Ən böyük qazancımız…"

3 Dekabr 2025 03:50 Qadın futbolu 467
Bütün oyunları uduzan yığmanın baş məşqçisi: "Ən böyük qazancımız…"

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi üçün Avropa çempionatının seçmə mərhələsi böyük təcrübə olub.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında yığmanın baş məşqçisi Həbib Ağayev deyib.

Mütəxəssis güclü rəqiblərlə mübarizə apardıqlarını söyləyib:

"Komanda nə qədər çalışsa da, heyətdəki məhdudiyyətlər böyük çətinlik yaratdı. Turnirin səviyyəsinə uyğun, ehtiyatda kifayət qədər təcrübəli və oyun ritmi yüksək olan futbolçuların yer almaması rotasiya imkanlarımızı məhdudlaşdırdı və bu da nəticələrə təsir etdi. Çətinliklərə baxmayaraq, komandamızın ən böyük qazancı təcrübə oldu. Belə güclü rəqiblərlə qarşılaşmaq, yüksək səviyyəli oyunlar keçirmək və mübarizə aparmaq inkişaf üçün çox dəyərlidir. Bu turnir qızlara həm beynəlxalq təcrübə, həm də yüksək templi oyunların tələblərini daha yaxşı anlamaq baxımından böyük fayda verdi".

Baş məşqçi turnirin ağır keçdiyini vurğulayıb:

"Şimali Makedoniya, Sloveniya və Gürcüstan komandaları ilə mübarizə apardıq. Makedonlar qrupu 7 xalla lider başa vurdular. Sloveniya da eyni xal toplamasına baxmayaraq, əlavə göstəricilərə görə ikinci yeri tutdu. Hər iki komandanın turniri eyni xalla başa vurması qrupun nə qədər güclü və rəqabətli olduğunu göstərir. Gürcüstan komandası da zəif deyildi. Ötən il A Liqasında yarışmış təcrübəli kollektivdir. Belə bir heyətlə qarşılaşmaq qrupun çətinliyini daha da artırdı. Ümumilikdə turnir bizim üçün çox ağır keçdi".

Milli seçmə mərhələdə keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya 1:3, Gürcüstana isə 0:4 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0