“Neftçi”yə ən çox xeyir verən 4 nəfərdən biri - Emin Mahmudov

17:40 Neftçi 244
“Neftçi”yə ən çox xeyir verən 4 nəfərdən biri - Emin Mahmudov

"Neftçi"nin kapitanı Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.

O, Premyer Liqanın XVI turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub.

İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.

Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti