14 ay həbsdə yatdı, indi üçüncü divizion klubunu almaq istəyir

23 Dekabr 2025 00:10 Dünya futbolu 1 145
14 ay həbsdə yatdı, indi üçüncü divizion klubunu almaq istəyir

“Barselona” və PSJ-nin sabiq müdafiəçisi Dani Alveş Portuqaliyanın üçüncü divizionunda çıxış edən “San-Juan-de-Ver” klubunu satın almaq üçün danışıqlar aparır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu təkcə klubun sahibi olmaqla kifayətlənmək niyyətində deyil.

O, karyerasını yenidən bərpa etməyi planlaşdırır və yarım il ərzində meydanlara çıxmağı düşünür.

Bununla yanaşı, Alveş klubda idman və inzibati funksiyaları da icra etməyi qarşısına məqsəd qoyub.

42 yaşlı Alveş bu ilin martında sübutların yetərsizliyi səbəbindən zorlama işi üzrə bəraət alıb. O, bu işlə bağlı 14 ay həbsdə qalmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti