AFFA-DAN XƏBƏR: Üç liqada yarışan klublar pul alacaq - Ya bu gün, ya da…

AFFA-DAN XƏBƏR: Üç liqada yarışan klublar pul alacaq - Ya bu gün, ya da…

Ölkə çempionatında çıxış edən klubların pul həsrəti iki aya çatıb.

İstər Premyer Liqa, istər I Liqa, istərsə də II Liqa təmsilçiləri sonuncu dəfə oktyabr ayının ödəməsini alıb.

Yəqin ki, anlaşıldı: söhbət AFFA tərəfindən ayrılan dotasiyadan gedir. Federasiya noyabrın payına düşən yardım paketini hələ onların bank hesabına köçürməyib.

Qurumdan aldığımız məlumata görə, ötən aylardaki kimi, bu dəfə də gecikmə onlardan qaynaqlanmır. Bildirilib ki, klublar ya bu gün, ya da sabah axşama qədər sevindiriləcək.

Problem 5 ay qabaq yaranıb. Avqustdan bəri hər dəfə belə çətinliklər müşahidə olunmaqdadır.

Bəs vəziyyət nə vaxt qaydasına düşəcək? Təəssüf ki, bunu heç AFFA-dan özündə də bilmirlər.

Dövlət artıq dördüncü mövsümdür ki, klublara yardım kampaniyası həyata keçirir. İanələr liqaların statusuna uyğun şəkildə müəyyənləşdirilib.

Premyer Liqa təmsilçilərinə ayrılan illik vəsait 2,5 milyon manat təşkil edir.

I Liqanın nümayəndələrinə çatan məbləğ 300 min manatdır. II Liqada yarışanlar isə 5800 manatla kifayətlənməli olur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi