"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm"

23 Dekabr 2025 22:40 Qarabağ 1 136
"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm"

"Qarabağ"ın monteneqrolu legioneri Marko Yankoviç İnstaqram hesabında yeni paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu ilin uğurlu keçdiyini vurğulayıb:

"İlin sonu. Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda bir çox uğurla dolu il oldu.

Görülən işlərə, insanlara, dərslərə, prosesə və keçilən yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".

Marko Yankoviç 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. O, cari mövsüm "Qarabağ"ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA