“Neftçi” böyük brenddir, amma bu klubda səbrlə gözləmək adəti yoxdur”

20:20 Neftçi 137
“Neftçi” böyük brenddir, amma bu klubda səbrlə gözləmək adəti yoxdur”

Roman Qriqorçuk “Neftçi”dəki fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Ukranalı mütəxəssis komandanın yeni baş məşqçisi, həmyerlisi Yuri Vernidubun təyinatını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə ölkəsinin sport.ua saytıma danışıb.

Qriqorçuk bildirib ki, “Neftçi”dəki işi ilə bağlı dəfələrlə danışıb:

“Hər şey normal idi, sadəcə nəticə alınmırdı. “Neftçi” böyük brenddir, amma uzun müddətdir yüksək nəticələr əldə edə bilmir.

Bu klubda səbrlə gözləmək adəti yoxdur. Komanda turnir cədvəlinin yuxarı pillələrində olmayanda və avrokuboklara vəsiqə qazanmayanda bu, həmin böyük klub üçün normal hal sayılmır.

Nəticə olmayanda isə dərhal başqa məşqçi axtarılır ki, tezliklə uğur gəlsin”.

Digər Xəbərlər
Xəbər Lenti