Banqladeşi udan millimiz FİFA turnirinin qalibi oldu

3 Dekabr 2025 01:20 Qadın futbolu 588
Banqladeşi udan millimiz FİFA turnirinin qalibi oldu

Qadın futbolçulardan ibarət Azərbaycan komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə yerli komanda ilə qarşılaşıb.

İlk görüşündə Malayziya üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub edib.

Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.

Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0