Azərbaycanda ilk dəfə bu çempionata start verildi

23 Dekabr 2025 03:40 Tennis 494
Azərbaycanda ilk dəfə bu çempionata start verildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə padel tennis üzrə ilk ölkə çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca Azərbaycan çempionatına start verilib. 32 kişi və 12 qadın idmançının iştirak etdiyi mübarizəyə dekabrın 23-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan