"Neftçi" naziri sevindirdi, o, heç bir suala cavab vermək istəmədi - FOTOLAR

17:00 Neftçi 361
"Neftçi" naziri sevindirdi, o, heç bir suala cavab vermək istəmədi - FOTOLAR

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi” "Karvan-Yevlax"ın qonağı oldu.

Yevlaxda keçirilən oyunu izləyənlər arasında elm və təhsil naziri Emin Əmrullayev də yer alıb.

Həm də "Neftçi"nin Müşahidə Şurasının üzvü olan Emin bəy gərgin keçən matçı həyəcanla izlədi.

O, sonda qələbəni (2:1) klubun rəsmi şəxsləri Zaur Əzizov və Cenk Sümərlə birgə qeyd edib.

Üçlüyün müzakirəsi final fitindən sonra da bir neçə dəqiqə davam edib.

Qələbədən məmnun görünən nazir nədənsə arenanı tərk edərkən medianın müsahibə vermək istəyinə üzrxahlıq edərək "yox" cavabı verdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti