Qurban Qurbanov: “Bu işə əl qoymuşuqsa, qaçmaq üçün gəlməmişik”

01:10 Qarabağ 90
Qurban Qurbanov: “Bu işə əl qoymuşuqsa, qaçmaq üçün gəlməmişik”

“Ölkənin övladlarıyıq, tənqidləri, narazılıqları övlad kimi qəbul edirik.

Küsməyə, inciməyə haqqımız yoxdur.

Döyüşə girmişiksə, qaçmayacağıq. Sabah bəlkə yaxşı olmayan nəticələr olar, amma bu işə əl qoymuşuqsa, qaçmaq üçün gəlməmişik.

Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, əsas prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov deyib.

O bildirib ki, bu mövsüm Azərbaycan futbolu üçün uğurlu il oldu:

“Məqsədimiz ÇL qrupa düşmək idi. Bu mövsüm bacardıq.

Bəlkə hamı düşünürdü ki, ÇL-də ilk qələbəmiz olsun, iki qalibiyyət oldu, özü də böyük klublara qarşı. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm.

Xalqımız böyük futbolun nə olduğunu bilir, hamı da buna hazırlaşır. Gözləyirsiniz ki, bu rəqib Bakıya nə vaxt gələcək?

Hər biriniz daha artığına layiqsiniz. Son vaxtlar riskli futbol oynayırıq.

“Ayaks”la matçda komandamın fiziki göstəriciləri ən yuxarı olanlardan birincisi idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı.

Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə oradakı tempi, sürəti görmürük.

Çalışırıq ki, rəqiblərə aciz məğlub olmayaq. Avrokuboklarda cəsarətimizi daha da artırmışıq.

Bu da futbolumuz üçün gələcəkdə əsas amillərdən biridir. Cəsarət, dözümlülük olmasa, istənilən səviyyəyə gəlib çatmarıq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi