Hücumçu satışı üçün “Qarabağ”dan 1,5 milyon avro tələb olundu

23 Dekabr 2025 19:20 Qarabağ 2 027
Hücumçu satışı üçün “Qarabağ”dan 1,5 milyon avro tələb olundu

“Qarabağ” Belçikanın II Liqa təmsilçisi “Lyej”in hücumçusu Umar Diufu heyətinə cəlb etməyə çalışır.

Sportinfo.az xəbər verir ki, bu barədə Belçikanın "Walfoot" nəşri məlumat yayıb.

Xəbərdə Ağdam təmsilçisinin 22 yaşlı futbolçu üçün onun klubuna 1,2 milyon avro təzminat təklif etdiyi, qarşı tərəfin isə bunu qəbul etmədyi bildirilib.

“Lyej”in seneqallı forvard üçün 1,5 milyon avro istəmədiyi qeyd olunub.

Umar Diufla Belçikadan "Gent", "Sint-Truiden", OHL və "Cercle Brügge", xaricdən isə "Qarabağ", Kipr təmsilçisi "Pafos" və adı açıqlanmayan İngiltərə Çempionşip klubunun maraqlandığı da bildirilir.

Umar Diuf bu mövsüm Belçikanın 2-ci liqasında 18 oyuna 8 qol vurub və 2 qol ötürməsi edib. Onun “Lyej” ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqaviləsi var.

O, bu ilin yayında "Çaykur Rizespor"dan (Türkiyə) "Lyej"ə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA