“İmişli”də müzakirə aparıldı, qərar belə oldu ki...

22 Dekabr 23:00 Hadisə 224
“İmişli”də müzakirə aparıldı, qərar belə oldu ki...

“İmişli”də qış təlim-məşq toplanışı ilə bağlı sual cavabını tapıb.

Premyer Liqanın debütantı ölkə hüdudlarını tərk etməyəcək.

Bir müddət öncə Türkiyə toplanışı barədə müzakirələr aparılsa da, baş məşqçi Jorj Kaşkilya hazırlığın ölkəmizdə keçirilməsini məqsədəuyğun hesab edib.

Portuqaliyalının fikrincə, vaxt az olduğundan Türkiyəyə gedib-qayıtmaq mənasızdır. Üstəlik, legioner futbolçular üçün viza alınması da əlavə problemlər yarada bilər.

Müzakirələrin nəticəsi kimi hazırlıq mərhələsinin Azərbaycanda keçirilməsi qərara alınıb.

Toplanışın bir hissəsinin Bakıda keçiriləcəyi dəqiqdir. Ola bilsin, aran təmsilçisi bir neçə günlük paytaxtı tərk etsin. Bu, bölgə təmsilçiləri ilə yoxlama matçlarının keçirilməsinə görə ola bilər.

Aran təmsilçisi qış fasiləsindən sonrakı ilk turda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Yanvarın 23-də Qudada keçiriləcək matç saat 14:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi