Dincəlin ta... Premyer Liqa 1 aylıq “qış yuxusu”na getdi

23 Dekabr 2025 00:50 Premyerliqa 572
Dincəlin ta... Premyer Liqa 1 aylıq “qış yuxusu”na getdi

Premyer Liqada 16-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da komandalar qış fasiləsinə yollanıb.

Çempionatdakı fasilə 1 ay davam edəcək.

Premyer Liqa 2026-cı ilin yanvarın 23-də 17-ci turun matçları ilə bərpa olunacaq.

Turun son matçında "Sumqayıt" və "Sabah" üz-üzə gəlib.

Qarşılaşma paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb və komanda fasiləyə qış çempionu olaraq yollanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti