Bizim qızların dünya reytinqi - 74-cü yerdə qaldıq

12 Dekabr 2025 03:40 Qadın futbolu 487
Bizim qızların dünya reytinqi - 74-cü yerdə qaldıq

FIFA-nın qadın futbol milli komandalarının dekabr ayı üçün yenilənmiş reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 2025-ci il üçün son reytinqə əsasən, Azərbaycan 17.86 xal toplayaraq 74-cü yerdə (1318.261 xal) qalır.

Son yeniləmədən bəri Azərbaycan Qazaxıstanla (2:1, 1:0) və FIFA seriyasında Malayziya (1:0) və Banqladeşlə (2:1) iki yoldaşlıq oyunu keçirib. Millimizə ən yaxın Trinidad və Tobaqodur(1301.941).

2027-ci il Dünya Kuboku seçmə mərhələsində G3 qrupundakı Azərbaycanın rəqibləri aşağıdakı kimi sıralanıb: Macarıstan – 45-ci (1510.721), Şimali Makedoniya – 137-ci (1086.489) və Andorra – 182-ci (803.56).

Reytinqin ilk "10-luğ"unda aşağıdakı komandalar yer alır: İspaniya (2094.891), ABŞ (2057.583), Almaniya (2010.790), İngiltərə (2009.679), İsveç (1993.396), Braziliya (1993.077), Fransa (1992.605), Yaponiya (1977.338), Şimali Koreya (1944.217) və Kanada (1940.688).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!