Hazırkı baş məşqçiyə ömürlük müqavilə təklif etmək niyyətindədir

23 Dekabr 2025 10:20 Fransa 1 095
Hazırkı baş məşqçiyə ömürlük müqavilə təklif etmək niyyətindədir

PSJ rəhbərliyi klubun baş məşqçisi Luis Enrikeyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Belə ki, parislilər Enrikeni komanda üçün ideal məşqçi hesab edirlər. 55 yaşlı mütəxəssisin PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

L.Enrike 2023-cü ildən PSJ-də çıxış edir. Bu müddət ərzində parislilər iki dəfə çempionluq, Fransa kuboku və Fransa Superkubokunun, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!