Azərbaycanda klub prezidenti həbsdən azad edildi - FOTO

19:40 Hadisə 221
Azərbaycanda klub prezidenti həbsdən azad edildi - FOTO

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti​ Elşad Kəlbəliyev cəzadan azad edilib.

Sportinfo.az xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.

Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

elsad-kelbeliyev-cezadan-azad-edildi

Digər Xəbərlər
Xəbər Lenti