Nazir qiymət verdi: “Onu qoruyub saxlamaq önəmlidir, asan iş deyil”

23 Dekabr 2025 03:20 Şahmat 347
Nazir qiymət verdi: “Onu qoruyub saxlamaq önəmlidir, asan iş deyil”

"Azərbaycanın şahmat idman növündə ənənələri var".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunan tədbirində deyib.

O, şahmatçıların il ərzində böyük uğurlara imza atdıqlarını söyləyib:

"Dövlətin şahmata və idmana dəstəyi böyükdür. Bu qədər gözəl nəticələrə şahidlik edirik.

Mahir Məmmədov geniş hesabat verdi. Hər şey buradan başlayır.

İlk növbədə qurumun rəhbərinə təşəkkür edirəm. Bu idman növündə ənənələrimiz var.

Onu qoruyub saxlamaq önəmlidir. Asan iş deyil.

Qadınların dünya çempionatında gümüş medal qazanması böyük nailiyyətdir. Kişilərin Avropa çempionatında gümüş medal qazanmasını şahmatsevərlər qəbul edə bilmirdilər.

Qızıl mükafat gözləyirdilər. Bu da şahmatın ölkəmizdə nə qədər inkişaf etməsindən xəbər verir.

Düşünürəm ki, növbəti illərdə Şahmat Olimpiadasında da medallar qazanacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!