Komandamız ertələnmiş oyunda Şimali Makedoniyaya uduzdu

29 Noyabr 2025 17:20 Qadın futbolu 570
Komandamız ertələnmiş oyunda Şimali Makedoniyaya uduzdu

Azərbaycanın qadınlardan ibarət U-19 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Sözügedən matç ötən gün keçirilməli idi. Lakin görüş əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması səbəbindən bu günə təxirə salınıb.

Oyun Şimali Makedoniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu 35-ci dəqiqədə Mədinə Yuruqova vurub

U-19 millimiz ilk matçında Sloveniyaya 0:2 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!