“Azərbaycan millisi çox güclüdür, onlar böyük maliyyə vəsaiti alır”

01:10 Qadın futbolu 63
“Azərbaycan millisi çox güclüdür, onlar böyük maliyyə vəsaiti alır”

Qadın futbolçulardan ibarət Banqladeş millisinin baş məşqçisi Piter Batler ölkələrində təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra komandalar arasında böyük fərq olduğunu deyib.

Onun fikrincə, məğlubiyyətə əsas səbəb keyfiyyət fərqi olub:

“Bu qızlar aşağı səviyyədə oynamağa öyrəşiblər. Halbuki biz daha yüksək səviyyədə rəqabət aparmalıyıq.

Azərbaycan millisi çox güclü idi. Onlar böyük maliyyə vəsaiti alır, peşəkar liqaları və mükəmməl infrastrukturları var.

Oyundan əvvəl qızlardan tək istəyim mübariz olmaq idi. Bizdə yalnız keyfiyyət çatmadı, çünki peşəkar liqamız yoxdur.

Azərbaycanın isə əksər çox futbolçusu Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdə çıxış edir. Biz də yaxşılaşmaq istəyiriksə, məhz o səviyyədə rəqabət aparmalıyıq”.

Piter Batler millimizi turnirin digər iştirakçısı olan Malayziya ilə də müqayisə edib:

“Azərbaycan turnirdəki ilk rəqibimiz Malayziyadan daha güclü idi. Malayziyaya qarşı daha nəzarətli futbol oynadığımızı düşünürəm.

Azərbaycan önündə bəlkə bir az tələsdik, amma qızlarla fəxr edirəm. Onlardan tək istəyim Malayziyaya qarşı olduğu kimi bütün güclərini ortaya qoymaq idi.

Onlar da bunu etdilər. Son 6-7 dəqiqədə buraxılan qol və ilk qol da səhvlərdən qaynaqlandı”.

Malayziyanı 2:0, Banqladeşi isə 2:1 hesabı ilə məğlub edən Azərbaycan millisi “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?