Məşhur hücumçunu dizindən əməliyyat etdilər

00:10 Hadisə 85
Məşhur hücumçunu dizindən əməliyyat etdilər

“Santos”un hücumçusu Neymar dizindən əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 33 yaşlı futbolçu noyabrın sonlarında “Mirasol”la heç-heçə (1:1) bitən qarşılaşmada dizindən zədə almışdı.

Klubun açıqlamasında bildirilir ki, futbolçu üzərində artroskopik menisk əməliyyatı aparılıb. Prosedur problemsiz keçib və idmançı hazırda özünü yaxşı hiss edir.

Neymarın bazar ertəsi xəstəxanadan çıxacağı və fizioterapevt nəzarəti altında reabilitasiya prosesinə başlayacağı gözlənilir.

2025-ci il mövsümündə Neymar “Santos” forması ilə ümumilikdə 27 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Komandası isə mövsümü 12-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1