“Azərbaycan qrupun autsayderidir, onları udmalıyıq”

14:00 Qadın futbolu 78
“Azərbaycan qrupun autsayderidir, onları udmalıyıq”

19 yaşadək qadın futbolçulardan ibarət Şimali Makedoniya yığmasının baş məşqçisi Kiril İzov öz ölkələrində keçirilən Avropa çempionatının seçmə mərhələ oyunları ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə Gürcüstan üzərində 3:0 hesablı qələbəni dəyərləndirib.

O, həmçinin B Liqasının 5-ci qrupu çərçivəsində Azərbaycan millisinə qarşı matçda da eyni nəticəni hədəflədiklərini vurğulayıb:

“Gürcüstanla oyun turnirdə ilk matçımız olduğu üçün ritmə düşməkdə müəyyən çətinlik yaşadıq. Lakin zaman keçdikcə oyunumuzu qəbul etdirdik və layiqli qələbə qazandıq.

İstirahət üçün çox vaxtımız yoxdur. Azərbaycan millisi ilə qarşılaşacağıq və hədəfimiz birinci yeri tutmaqdır.

Bu isə hər görüşə qələbə üçün çıxmağı tələb edir. Azərbaycan qrupun autsayderidir.

Ancaq müasir futbolda asan oyun yoxdur və hər komandanın gücü və keyfiyyəti var. İnanıram ki, Azərbaycan üzərində də qələbəyə sevinəcəyik”.

Bu gün Strumitsa şəhərinin “Mladost” stadionunda keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yığmamız ilk turda Sloveniyaya 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!