«Neftçi»nin cinah yarımmüdafiəçiləri Yuri Vernidubu razı salmayıb.
Baş məşqçi bu barədə köməkçiləri ilə söhbətində öz fikrini ifadə edib.
Ukraynalı mütəxəssis bildirib ki, onun nəzərində «qanad» oyunçuları yalnız hücum planında ön plana çıxmamalıdır, eyni zamanda, müdafiə blokunun təşkilində yaxından iştirak etməlidir.
59 yaşlı çalışdırıcı deyib ki, vingerlər onun oyun planına mühüm yer tutur və sürətli olmaları ilə yanaşı, qol vurmalı, məhsuldar ötürmə verməlidirlər.
Təcrübəli çalışdırıcı İmaj Farajın alını çəkib. Fransalı legioner haqda çox eşitdiyini, amma gümalarının heç də özünü tam doğrultmadığını söyləyib.
Vernidub Farajın sürətindən, topla incə rəftarını, taktiki cəhətdən savadlılığını qeyd etməklə yanaşı, ikili mübarizələrdən yayındığını, həlledici anlarda düzgün qərarlar vermədiyini vurğulayıb.
Baş məşqçiyə görə, o, rəqib qapısını hiss eləməyə çətinlik çəkir, üstəlik, topu ayağında çox saxlayır və vaxtında ötürmə etməyə gecikir.
«Ağ-qaralar» yeni sükançının rəhbərliyi altında iki oyuna çıxıb. Komanda «Sumqayıt»la evdə 2:2 oynayıbsa, Yevlaxda «Karvan»ı 2:1 hesabıyla üstələyib.
SPORTİNFO.AZ

