Xaricə getməyəcəklər, rayondan Bakıya gələcəklər

01:00 Qəbələ 106
Xaricə getməyəcəklər, rayondan Bakıya gələcəklər

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 16-cı turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də toplaşacaq.

Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.

Klubun toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

“Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi