Azərbaycan yığması Malayziya üzərində qələbə qazandı

30 Noyabr 2025 01:20 Qadın futbolu 526
Azərbaycan yığması Malayziya üzərində qələbə qazandı

Azərbaycanın qadınlardan ibarət millisi Banqladeşin Dəkkə şəhərində “FİFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, yığmamız Dəkkədəki "Milli stadion"da keçirdiyi ilk matçda Malayziya ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Qolları Peritan Bozdağ (4) və Nigar Mirzəliyeva (24) vurub.

Azərbaycan millisi bu turnir çərçivəsində dekabrın 2-də Banqladeşlə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!