Hava pisləşdi, millimizin oyunu təxirə salındı - Avropa çempionatında

28 Noyabr 2025 16:20 Qadın futbolu 548
Hava pisləşdi, millimizin oyunu təxirə salındı - Avropa çempionatında

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

B Liqasının 5-ci qrupunun 2-ci turu çərçivəsində bu gün keçirilməli olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!