O, ik dəfə yeni sevgilisi ilə görüntüləndi - FOTOLAR

02:50 Hadisə 221
O, ik dəfə yeni sevgilisi ilə görüntüləndi - FOTOLAR

“Barselona”nın yarımmüdafiəçisi Pedri "Premier Padel" turnirinin finalında ehtimal edilən sevgilisi Alehandra Dorta ilə birlikdə görüntülənib.

Sportinfo.az xəbər verir ki, bu, cütlük haqqında bir neçə aydır dolaşan şayiələrdən sonra onların ilk ictimai çıxışı olub.

Tədbir Barselonadakı "Palau Sant Xordi" arenasında keçirilib. Pedri ilə yanaşı, oyunu “Barselona”nın futbolçuları Ferran Torres, Erik Qarsiya, Qavi və Dani Olmo da mərasimdə olublar.

İspaniyalı jurnalist Xavi Oyos Pedri ilə Tenerifedən olan 22 yaşlı Alehandra Dortanın görüşdüyünü açıqlamışdı. KİV-in məlumatına görə, futbolçu artıq sevgilisini ailəsi ilə də tanış edib.

İki ay əvvəl Pedri şəxsi həyatı ilə bağlı suala qısa cavab verərək dolayısı ilə bunu təsdiqləmişdi: “Hazırda bəli, mən aşiqəm”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi