Azərbaycan yığmasının qapıçısı Superliqa klubunda

8 Dekabr 2025 17:40 Qadın futbolu 636
Azərbaycan yığmasının qapıçısı Superliqa klubunda

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin qapıçısı Nərgiz Əliyeva "Fatih Vatan"dan ayrılaraq "Giresun Sanayispor"a keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı kiper transferdən dərhal sonra Superliqada matça da çıxıb. O, "Qaziantep"lə görüşdə meydanda olub.

Nərgiz oyunda penaltini dəf edərək komandassının hesabda geriyə düşməsinə mane olub.

N.Əliyeva daha əvvəl "Baku Siti", "Keşa", "Tibilisi", "Eriğli"də də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti