“Zirə”nin Premyer Liqanın cari mövsümündəki uğurlu ev seriyası davam edir.
Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi 14-cü turda doğma arenasında son çempion “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.
8-ci ev matçını keçirən Rəşad Sadıqovun yetirmələri hələ də Zirədə məğlubiyyət üzü görməyib. Komanda bunun 4-də qələbə qazanıb, 4-də də heç-heçə edib.
Əvəzində “Qarabağ” bu mövsüm ilk dəfə səfər oyununda büdrəyib. Buna qədər 4 səfər görüşündə qələbə qazanan ağdamlılar “Zirə” ilə görüşdə bərabərliklə kifayətlənib.
“Şamaxı”nı qəbul edən “Karvan-Yevlax” öz meydanında hələ də qələbə üzü görməyib. Yevlaxlılar bu dəfə qapısından 3 cavabsız top keçirib.
1-ci turda “Qəbələ” ilə heç-heçə edən Premyer Liqanın debütantı ondan sonrakı 7 ev qarşılaşmasının hamısında uduzub.

