“Zirə”nin legioneri Rikardo Martins Gimaraeş növbəti dəfə Mozambik millisinə çağırılıb.
Sportinfo.az xəbər verir ki, "Quima" ləqəbli yarımmüdafiəçi Afrika Millətlər Kubokunda iştirak edəcək.
Çünki 30 yaşlı orta sahə oyunçusu turnir üçün yekun heyətə çağırılıb.
Quima dekabrın son həftəsini Mozambik yığmasının düşərgəsində keçirəcək.
Komanda qrupdan çıxarsa, futbolçunun “Zirə”yə qayıtması gecikəcək. Çünki dekabrın 21-də start götürəcək turnir yanvarın 18-dək davam edəcək.
Quima “Zirə”yə bu ilin martında Türkiyənin “İğdır” klubundan keçib.

