“Artıq qardaşlarımla aramızda “kim daha çox qol vuracaq” rəqabəti var”

14:20 Zirə 116
“Artıq qardaşlarımla aramızda “kim daha çox qol vuracaq” rəqabəti var”

“Düşünürəm ki, vurduğum qol bir az Kristianu Ronaldonun qollarına bənzədi.

Nə dərəcədə ilham verdiyini dəqiq deyə bilmərəm. Amma əksər komanda yoldaşlarım vurduğum qoldan sonra Ronaldonun qoluna bənzətdiklərini dedilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Leroy Mikels deyib.

Almaniyalı Premyer Liqanın XIII turunda səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu möhtəşəm qol barədə təəssüratlarını bölüşüb:

“Açığı, gərgin oyun alındı. “Kəpəz” bu mübarizəyə nə dərəcədə hazır olduğunu göstərdi.

Amma ikinci hissədə bizim üçün işlər daha yaxşı alındı. Düşünürəm ki, qələbəyə layiq olan tərəf biz idik”.

Mikels Premyer Liqada digər qardaşları ilə (“Karvan-Yevlax”da Coy-Slayd Mikels və “Sabah”da Coy-Lens Mikels) aralarında rəqabət yarandığını da qeyd edib:

“Qardaşlarımla eyni çempionatda mübarizə aparmaq çox yaxşı hissdir. Artıq aramızda “kim daha çox qol vuracaq” rəqabəti var (gülür)”.

Digər Xəbərlər
Xəbər Lenti