Braziliyalı hücumçu Premyer Liqa klubuna 2025-ci ildə qayıdacaq?

6 Dekabr 2024 01:50 Zirə 868
Braziliyalı hücumçu Premyer Liqa klubuna 2025-ci ildə qayıdacaq?

Premyer Liqanın XV turunda "Sumqayıt"la keçirilən oyunda zədələnən "Zirə"nin hücumçusu Rafael Utziq ilin sonunadək meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, müayinədən sonra onun cari ili başa vurduğu məlum olub.

Lakin hadisələr müsbət yöndə cərəyan edərsə, Utziq ilin sonunda 1 görüşdə meydana çıxa bilər. Amma bu ehtimal olduqca aşağıdır.

Rafael Utziq "Sumqayıt"a qalib gəldikləri (4:1) oyunun 22-ci dəqiqəsində zədələndiyi üçün Eldar Quliyevlə əvəzlənib.

Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb. Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM