Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Sabah” da meydana çıxıb.
Valdas Dambrauskasın komandası “Barselona”nı qəbul edib. Bakı Olimpiya stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris bu oyunu izləyib.
Kestutis Budris Bakıya səfəri çərçivəsində bu matça stadionda həmkarı Ceyhun Bayramovla birgə baxıb.
