“Döyüşdük” - Rəşad Sadıqov “İnstaqram”da MARAQLI PAYLAŞIM etdi

14 Sentyabr 2024 09:00 Zirə 1 007
“Döyüşdük” - Rəşad Sadıqov “İnstaqram”da MARAQLI PAYLAŞIM etdi

“Bir neçə gün əvvəl avrokubokda mübarizəni başa vurduq.

Bu yolda fərqli hisslər yaşadıq və əsas odur ki, layiqli şəkildə mübarizə apardıq, döyüsdük və klubumuzun tarixində avrokuboklarda ən uğurlu nəticəni göstərdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov özünün İnstaqram hesabındakı paylaşımında yazıb.

O qeyd edib ki, komandası daha da irəli getmək istəyirdi:

“Bütün hallarda, sona qədər əzmlə döyüşən kollektivimlə fəxr edir, daim bizə hər cür dəstəyi göstərən, inanan klub rəhbərliyinə, azarkeşlərimizə təşəkkürümü bildirirəm.

Bu avrokubok mövsümü bizə çox böyük təcrübə qazandırdı”.

“Zirə” bu mövsüm Konfrans Liqasında pley-off mərhələsinə kimi yüksələ bilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR