"Əsas olan nəticədir, Bakıda qələbə qazanmalıyıq"

15 Avqust 2024 19:40 Zirə 869
"Əsas olan nəticədir, Bakıda qələbə qazanmalıyıq"

"Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün getmişik".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Osiyek"in (Xorvatiya) futbolçusu Darko Neyaşmiç deyib.

Xorvatiyalı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Bakıda qarşılaşacaqları "Zirə" oyunu barədə danışıb:

"Cavab matçında rəqibimizə qalib gəlməyə çalışacağıq. Əsas olan nəticədir, qələbə qazanmalıyıq.

Matçın taleyini 90 dəqiqədə həll etmək istəyirik. Oyun əlavə vaxta qədər getsə, fiziki cəhətdən buna hazırıq"..

25 yaşlı futbolçu Osiyekdə baş tutan ilk görüşdə üstün oyun nümayiş etdirdiklərini söyləyib:

"İlk görüşdə üstün olan tərəf biz idik. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Təəssüf ki, son dəqiqədə qapımızda gərəksiz qol gördük".

"Zirə” ilk matçda səfərdə “Osiyek”lə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması bu gün "Dalğa Arena"da reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi