COP29

Rəşad Sadıqov Slovakiyadan MÜHÜM MESAJLAR verdi

2 Avqust 01:10 Zirə 2 209
Rəşad Sadıqov Slovakiyadan MÜHÜM MESAJLAR verdi

“Bu gün Olimpiadada ikinci qızıl medalımızı qazandıq., təbrik edirəm.

Bu, çox qürurvericidir.

Eləcə də “Sabah"ı təbrik etmək istəyirəm. Bu gün çox güclü rəqibi mübarizədən kənarlaşdırdılar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda səfərdə “DAK 1904”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sadıqov qələbə münasibəti ilə futbolçularını təbrik edib:

“Ağır səfərdən çox vacib qələbə ilə dönürük. Mərhələni keçən tərəf bizik.

İlk dəqiqələrdən sona kimi oyun nizam-intizamından qopmadıq. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm”.

O, “Şerif”ə məğlubiyyətdən sonra komandada hər hansı bir ciddi dəyişiklik etmədiyini bildirib:

“Qırmızı vərəqə alana qədər “Şerif”lə oyunda da hər şey qaydasında idi. Nəyisə dəyişməmişik.

Sırf psixoloji cəhətdən futbolçulara deyirdim, bircə onu düşünün ki, son 10-15 ildə 7 dəfə avrokubokların qrup mərhələsində oynayan komandaya səfərdə qalib gəlmişik, evdə də azlıqda qalana kimi hesabda öndə olmuşuq.

Qırmızı vərəqədən sonra avrokubok matçlarında oynamaq çox çətin olur. Necə ki, bu gün rəqib son yarım saatda bu səbəbdən çətinlik çəkdi.

Bu, hiss olunurdu. Qırmızı vərəqə olmasaydı, “Şerif”i keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!