UEFA "DAK-1904" – “Zirə” oyununa təyinatları açıqladı

19 İyul 2024 14:20 Zirə 803
UEFA "DAK-1904" – “Zirə” oyununa təyinatları açıqladı

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “DAK-1904" (Slovakiyan) ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA avqustun 1-də Dunayska Stredada təşkil olunacaq görüşü Şimali Makedoniyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Yovan Kaçevski olacaq.

Ona Slaqjan Markoski, Branko Putilin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Proykovska yerinə yetirəcək.

Avqustun 1-i keçiriləcək “DAK-1904" – “Zirə” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti