Rəşad Sadıqovdan “Şerif” açıqlaması: “Mərhələni keçən tərəf biz olarıq”

18 İyun 2024 19:25 Zirə 2 085
Rəşad Sadıqovdan “Şerif” açıqlaması: “Mərhələni keçən tərəf biz olarıq”

Xəbər verdiyimiz kimi, “Zirə” Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov püşklə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Şerif” Azərbaycan futboluna tanış rəqibdi:

"Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var.

Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm.

İnanıram ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM