“Qarabağ” üçün Avropada və çempionatda mübarizə aparmaq çətindir”

26 Oktyabr 2023 21:00 Zirə 548
“Qarabağ” üçün Avropada  və çempionatda mübarizə aparmaq çətindir”

“Əlbəttə, “Qarabağ” üçün avrokuboklarda və çempionatda mübarizə aparmaq çətindir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə deyib.

İkinci mövsümdür icarə əsasında “qartallar”ın formasını geyinən millinin üzvü bildirib ki, müqavilə ilə məxsus olduğu Ağdam klubunun iki cəbhədə mübarizə aparması “Zirə” üçün irəliləmək baxımından yaxşı şərait yaradır.

Və bu gün “köhlən atlılar”la şərikli lider olmaqlarında bu faktın rolu var:

“Onların xal itirməsi bizim irəli getməyimizə imkan yaradır. Amma futbol elədir ki, bütün komandalar bir-birində xal almağı bacarır.

Ona görə də xal itkiləri bizim üçün də qaçılmaz olur. Premyer Liqada hər oyun ağır keçir”.

Digər Xəbərlər
Xəbər Lenti