2,5 +1 illik müqavilə imzaladı, indidən qayğısına qaldı

29 Noyabr 2022 16:00 Zirə 665
2,5 +1 illik müqavilə imzaladı, indidən qayğısına qaldı

Qış transfer bazarlığına indidən başlayan “Zirə” yeni futbolçu ilə anlaşıb.

"Qartallar" Pərviz Azadovu heyətinə qatıb.

22 yaşlı yarımmüdafiəçi ilə 2,5 +1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub. Gənclər yığmasının sabiq üzvü ötən ay əyalət təmsilçisi ilə sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

O, tezliklə Türkiyəyə - əməliyyata yollanacaq. Xeyli vaxtdır belindəki ağrılardan əziyyət çəkən orta sahə oyunçusu cərrah masasına qalxacaq.

“Zirə” əməliyyat xərclərini öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM